Sinqapur-London reysini həyata keçirən dünyanın ən böyük sərnişin təyyarəsi olan "Airbus A380", yük anbarında tüstülənmə səbəbindən Bakıda məcburi eniş edib.

 

QHT.az xəbər verir ki, dünyanın ən böyük sərnişin təyyarəsi olan "Airbus A380"-də çaxnaşma yaranıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Sinqapurdan Londona 356 sərnişin daşıyan Qantas Hava Yollarına məxsus "Airbus A380" tipli sərnişin təyyarəsi Azərbaycanın paytaxtı Bakıda Fövqəladə Eniş edib.

 

Açıqlamada təyyarənin heç bir problem olmadan hava limanına endiyi bildirilib və təyyarədə yaranan nasazlıq səbəbindən işlərə başlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.