Almaniya Federal Prokurorluğu, Almaniya Kəşfiyyat Xidmətində (BND) işləyən alman əsilli Karsten L.-nin Federal Ədalət Məhkəməsinin müstəntiq hakiminin qərarı əsasında "dövlətə xəyanət" ittihamı ilə həbs edildiyini açıqlayıb.
QHT.az xəbər verir ki, şübhəli Karsten L. Rusiya kəşfiyyat xidmətinə dövlət sirri də daxil olmaqla bir çox məlumatları çatdırıb. İstintaqdan məsul olan Federal Cinayət Polisi dünən şübhəli Karsten L.-nin paytaxt Berlindəki evində və iş yerində axtarış apararaq dəlillər toplayıb.












