Alimlərin fikrincə, belə yaxınlaşmalar orta hesabla 10 ildə bir dəfə baş verir.
QHT.az xəbər verir ki, Virtual Teleskop Layihəsi vasitəsilə astronomlar, 2024 ON adlı asteroidin Yer kürəsinin yanından astronomik cəhətdən yaxın, lakin təhlükəsiz məsafədə keçəcəyini müşahidə edəcəklər. Asteroidin eni təxminən 220 metr, uzunluğu isə iki futbol meydançasına bərabərdir. Şimal yarımkürəsindən görünəcək bu nəhəng cisim, Yer kürəsinin yanından təxminən bir milyon kilometr məsafədə keçəcək, bu da Yerlə Ay arasındakı məsafədən 2,6 dəfə çoxdur.
Virtual Teleskop Layihəsi bildirir ki, belə yaxın qarşılaşmalar təxminən 10 ildə bir dəfə baş verir. Asteroidin yaxınlaşmasını sentyabrın 15-də Şərqi Avropa vaxtı ilə saat 14:30-da "Virtual Teleskop"un onlayn yayımı vasitəsilə izləmək mümkün olacaq.
NASA qeyd edir ki, “Asteroidlər, Günəş sisteminin 4,6 milyard il əvvəl formalaşmasından qalan qaya parçalarıdır”.
Pərvanə Fərhadqızı












