Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Təbriz Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Alməmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 

Təbriz Alməmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!