“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid Davud Novruz oğlu Hacıyevin anım günü ilə bağlı paylaşım edərək onun müqəddəs xatirəsini ehtiramla yad edib.
QHT.az xəbər verir ki, ailəsinin və ictimaiyyətin iştirakı ilə şəhidin xatirəsi anılıb və ona dualar oxunub.
Qeyd edək ki, Xaçmaz sakini olan Davud Hacıyev Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış, 9 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış və 17 oktyabrda şəhidlik zirvəsinə ucalmışdı. Şəhid döyüşçü ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Tünzalə Abduləlimova şəhidin ailəsinə dəstəyin davam etdirildiyini, onların hər zaman birlik üçün dəyərli olduqlarını qeyd edib.
Pərvanə Fərhadqızı






