“Dan yerinin sübhü” – Masallıda kitab təqdimatı 

 

Masallıda  Pərvanə Ziyadovanın şəhid Sübhan Həsənova həsr etdiyi “Dan yerinin sübhü” kitabınını təqdimatı olub. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, idarə-müəssisə, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Mədəniyyət Mərkəzindəki tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Təqdimat mərasimidə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kitabın müəllifinə şəhid adının uca tutduğu üçün təşəkkürünü bildirərək Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan igidlərin sücayətindən bəhs edib.
Müəllif Pərvanə Ziyadova kitab barədə ətraflı məlumat verib.
Şəhid Sübhan Həsənovun anası Ülkər Həsənova, döyüş yoldaşı Ceyhun Şiriyev, şəhid atası Teymur Hüseynov və iş adamı Abdulla Abdullayev şəhidlə bağlı xatirələrini bölüşüblər.
Sonda şəhid Sübhan Həsənovun bacısı oğlu Tunar Dadaşovun təqdimatında şəhidlərə həsr olunmuş şeir səsləndirilib, Masallı Dövlət Regional Kollecinin tələbələrinin və Masallı şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında kompozisiyalar nümayiş olunub.

 

Akif AĞAYEV