Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Niyaməddin Əmiraslan oğlu Məhərrəmov 11 yanvar 1986-cı ildə Beyləqan rayonunun Eyvazalılar kəndində anadan olub.
QHT.az xəbər verir ki, "Tovuz döyüşləri"ndən sonra səfərbər olunaraq hərbi-təlim toplantılarına çağırılan Niyaməddin Məhərrəmov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 6 oktyabr tarixində qəhrəmancasına şəhid olub.
Niyaməddin Məhərrəmov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










