“Qürur şəhid ailələri xeyriyyə ictimai birliyinin əsas fəaliyyəti şəhid, qaçqın və məcburi köçkünlərə maddi və mənəvi dəstək olmaq, onların sosial rifahının təmin olunmasına köməklik göstərməkdən ibarətdir”.
Bu sözləri “QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri Naibə Behudova QHT.az-a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, Təşkilat məqsədlərinə çatmaq üçün ölkəmizin sosial inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, şəhid qaçqın və məcburi köçkün ailələrinə maliyyə, onların sosial müdafiəsinin gücləndirilməsinə yardım edir və bu məsələlərin həlli sahəsində maarifləndirmə işləri aparır. 23 illik fəaliyyəti dövründə öz missiyasını həyata keçirmək üçün Təşkilat müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, digər mədəni- kütləvi tədbirlər həyata keçirdiyini vurğulayan Naibə Behudova eyni zamanda uzun ilər Azərbaycan Respublikasının Qeyri hökumət Təşkilatlarına Dövlət dəstəyinin maliyyə yardımı ilə uğurlu layihələr həyata keçirdiyini də vurğulayıb: “Layihə çərçivəsində missiyamıza uyğun tədbirlər və şəhidlərimiz haqqında sənədli filimlər hazırlayaraq ictimayyətə təqdim edilmiş, Qarabağ həqiqətlərinin xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər həyata keçirmişdir. Respublikamızın regionlarında birliyimizin nümayəndəlikləri fəaliyyət göstərir, icmalarla əməkdaşlıq edir, şəhidlərimizin anım günləri keçirilir, şəhid ailələrinə ziyarətlərini və yardımlları təşkil edirik. Birliyimiz gələcəkdə də öz missiyasına uyğun olaraq, öz fəaliyyətini genişləndirərək, var gücümüzlə işlərimizi bu istiqamətdə qurmağı planlaşdırmışıq”.
Qarşıdan gələn Prezident seçkiləri ilə bağlı QHT sədri qeyd edib ki, bizim Rəşadətli Ali Baş Komandanımızın 20 illik fəaliyyətindəki əvəzolunmaz siyasəti nəticəsində gördüyü işlər göz qabağındadı. Naibə Behudova Prezidentimizin gördüyü işləri, onun uğurlu daxili və xaici siyasəti ictimayyətimiz tərəfindən dəstəkləndiyini də vurğulayıb: “Ali Baş Komandanımız böyük bir şəxsiyyət kimi, Prezident kimi, o cümlədən ölkəmizin rifahı naminə gördüyü bütün işləri şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri tərəfindən də sevilir və rəğbətlə qarşılanır. Ali Baş Komandanımızın rəhbərliyi altında, Rəşadətli Ordumuzun igid oğulları son illərdə, Azərbaycanımızın nəinki, Qarabağda 30 ildən artıq işğal altında qalan torpaqlarımızı azad etdi, əsrlər boyunca əsarətdə qalan dədə-baba torpaqlarımızı geri qaytardı və bizim yüzilliklərimizi geri qaytarmaqda da davam edir”.
Pərvanə Fərhadqızı










