“1993-cü ildən etibarən ölkəmizdə daha şəffaf seçkilər keçirilir. Dəfələrlə həm prezident, həm deputat, həm də bələdiyyə seçkilərində iştirakım zamanı bunun şahidi olmuşam. Seçkiyə daxil olarkən barmağımda şəffaf boyanın olub-olmamasının yoxlanılması, bundan sonra barmağıma şəffaf boyanın vurulması seçki prosesinə obrazlı desəm bərq vuran əlavə bir şəffaflıq rəngi qatmış oldu”.
“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bu sözləri QHT.az –a açıqlamasında bildirib. Onun sözlərinə görə, erməni işğalı altında olan 20 faiz torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə böyük bir hissəsi, 2023-cü il sentyabr ayında 1 gündən də qısa müddətdə bütövlüklə işğaldan azad edilən Azərbaycanımız bu il fevral ayının 7-də azad edilmiş bütün ərazilərində 30 ilə yaxın müddətdə ilk dəfə olaraq “Zəfər seçkisi” keçirəcək: “Yeri gəlmişkən qeyd edim ki, yaradıcılığını təbliğ etdiyimiz Bəhram Nəsibovun “Qarabağ” mahnısını 44 günlük Vətən müharibəsinin təbii himninə çevrilmişdi. Bu seçki 30 illik işğal zamanı xarabalığa çevrilmiş ərazilərin 3 il kimi qısa müddətdə Avropa standatrlarına uyğun yenidən qurularaq seçkilərə hazır vəziyyətə gətirilməsi iqtidarında olan Azərbaycanın gücünü, qüdrətini dünyaya göstərməsi, beləliklə işğaldan tam azad edilən azad Azərbaycanda azad seçki keçirməklə ikinci dəfə “Dəmir yumruğ”un dünyada zəfər çalması deməkdi. Belə bir prosesə əvvəldən - yəni seçki propaqandası və seçki ərəfəsinə, eləcə də andiçmə mərasiminə dəstək vermək hər bir vətəndaşın borcudur”. Sonda QHT sədri Adil Nəsibov dövlətçiliyimiz üçün bu qədər əhəmiyyətli olan bu prosesdə - “Zəfər seçkisi”ndə, QHT-lərin “Dəmir yumruq” koalisiyasında birləşməsini arzulayıb.
Pərvanə Fərhadqızı










