Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsən Hüseyn oğlu Yaqubov 1990-cı ilin 13 aprelində Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə sürücü kimi iştirak edib və 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avtoqəza nəticəsində şəhid olub.
QHT.az xəbər verir ki, Həsən Yaqubov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










