Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 5 il əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfər xalqımız üçün sonsuz qürur mənbəyidir.
Bu fikiRləri QHT.az - açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva deyib.
"Vətən müharibəsində Qalib ölkə olaraq dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindəm genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olundu.
Tarixi Zəfərdən sonra bu paket üzrə 132 min şəxsi əhatə edərək,onlara 403 min xidmət göstərilib.
Şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub və onlara yönələn aylıq sosial ödənişlər orta hesabla 2 dəfədən çox artırılıb.
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 28,1 min şəxsin məşğulluğu təmin edilib,o cümlədən 13,4 min şəxs #özünəməşğulluq proqramına cəlb edilib.
Zəfərin 44 günü, milli kimliyimizin bərpası, fəxr duyduğumuz, 5 il müddətinə Qarabağın yenidənqurulması, Azərbaycanın artan nüfuzunun tarixi 8 Noyabr."






