17 avqust seçicilərlə keçirilən görüşdə müstəqil və bitərəf namizəd 24 saylı Nizami birinci seçki dairəsi üzrə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli öz seçimlərini təqdim etdi.
QHT.az xəbər verir ki, görüşdə namizəd, seçim kampaniyasının heç bir partiya, oliqarx, maliyyə və qüvvədən asılı olmadan tamamilə müstəqil olduğunu vurğuladı. Geniş tərkibli görüşdə 150 nəfərə yaxın Nizami rayon sakinləri, gənclər, ictimaiyyət nümayəndələri, ağsaqqallar iştirak edib. QHT sədri iştirakçıların suallarını dinlədi, suallara cavab verdi, öz platformasını seçicilərin diqqətinə çatdırdı, gələcək fəaliyyəti haqqında məlumat verdi.
Görüşdə rayon ağsaqqalı çıxış edib, öz tövsiyyələrini veriblər. Tədbir konsertlə yekunlaşdı. Tədbirlər daha böyük tərkibdə davam edəcək. Seçicilərin namizədlə görüşə həvəsi var. Onlar öz namizədlərini tanımaq istəyirlər. QHT sədri təəssüfə qeyd edir ki, digər namizədləri də görüşə dəvət etdiyi halda onlar iştirak etmədilər. Bu görüşlər seçici namizəd əlaqələrini daha da aktivləşdirir, intensivləşdirir. Bu gələcək seçkilərin demokratik, şəffaflıq şəraitində keçməsinə, seçicilərin öz hüququndan istifadə etməsinə dəstək olacaq.
İqtisadçı-ekspert Eyyub Kərimli əminliklə vurğulayıb ki, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı islahatlar bu seçicilərin demokratik prinsipdə, şəffaf və tam açıq rəqabət mühitində keçməsinə əminlik şərait yaradır. Hesab edir ki, seçkilər tam şəffaf formada həyata keçiriləcək.












