Samsung Electronics Cənubi Koreyanın Yonqin şəhərində tikilən yeni çip istehsalı zavodunu əvvəl planlaşdırılan 2030–2031-ci illər əvəzinə 2029-cu ildə istifadəyə verməyi planlaşdırır. Məqsəd süni intellekt infrastrukturunda istifadə olunan yaddaş çiplərinə artan tələbatı qarşılamaqdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, ötən ay Samsung və "SK Hynix" ölkədə istehsal gücünü artırmaq üçün yüz milyardlarla dollar investisiya yatıracaqlarını açıqlayıblar. Cənubi Koreya hökuməti isə Yonqində zavodların tikintisini sürətləndirərək və Qvanqjuda yeni çip klasteri yaradaraq beş il ərzində ölkənin yaddaş çipi istehsal gücünü iki dəfə artırmağı hədəfləyir.

Şirkətin açıqlamasına görə, Yonqindəki ilk zavodun fəaliyyətə başlaması əvvəlki plandan bir-iki il tez reallaşacaq.