Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II raunda start verilib.
QHT.az xəbər verir ki, bu gün müxtəlif partiyalarda ilk gedişi Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov edib.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 206 nəfərin iştirak edəcəyi şahmat turnirində şahmat üzrə 10-cu Dünya Kuboku olacaq. Turnirdə ilk üç yeri tutan idmançılar 2024-cü ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə qazanacaqlar. Turnir 8 raunddan ibarət olacaq və ən yaxşı 50 iştirakçılar birbaşa ikinci raundda vidalaşacaq. İki yarımfinalda məğlub olanlar üçüncü yer uğrunda görüş keçirəcəklər. Birinci, ikinci və üçüncü yeri tutan oyunçular 2024-cü ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə qazanacaq və bu, növbəti Dünya Çempionatı üçün rəqibi müəyyənləşdirmək üçün turnir olacaq.
Pərvanə Fərhadqızı












