Dekabrın 13-də Sabirabad 1 saylı Mediasiya Təşkilatı Sabirabad Regional Mil-Muğan Təhsil İdarəsində tədbir keçirib.

QHT.az xəbər verir ki, tədbirdə mediasiya təşkilatının direktoru Musa Ramazanov, mediatorlar Taryel İsgəndərov, Mahir Babayev, Elvin Abbasov, təşkilatın əməkdaşları, Təhsil İdarəsinin əməkdaşları və müxtəlif təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mediasiya sahəsindəki yeniliklərin, ictimaiyyətin bu sahədə yaşaya biləcəyi çətinliklər və onların həlli yollarının müzakirəsi ilə keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Pərvanə Fərhadqızı