4 - 5 dekabr 2023-cü il tarixində Fransanın Strasburq şəhərində Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib. Açılış nitqi ilə çıxış edən İnsan Hüquqları üzrə direktor Kristof Poirel gündəlikdə nəzərdə tutulan mövzuları təqdim edib və onların aktuallığını vurğulayıb.

QHT.az xəbər verib ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib. O, iclas boyunca müxtəlif şəxslər tərəfindən “Üzv və müşahidəçi dövlətlərdə ədalət sahəsində son inkişaf”, “Məhkəmə sistemlərinin qiymətləndirilməsi”, “Süni zəka üzrə birgə iş”, “Ədalət keyfiyyəti” və s. kimi mövzularda çıxışlar olunduğunu, ədalət mühakiməsi sahəsində vaxtın idarə edilməsi müzakirə edildiyini də qeyd edib.

Qeyd edək ki, iclasda, Mediasiya Şurasını, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov təmsil etmişdir.

 

Pərvanə Fərhadqızı