“Maarifləndirmə işinin daha irimiqyaslı olmasına davam etdiririk, beynəlxalq qurumlarla əməkdaşlığın vərəmin ləğvində vətəndaş cəmiyyətinin köməyi cərəyanını möhkəmləndiririk, vərəmdən əziyyət çəkmiş insanlara sosial yardımların mahiyyətini və bu xidmətlərə düzgün çıxış təmin olunmasını başa salırıq, eləcə də vərəm müalicəsi aparılan müalicə müəssisəslərində vətəndaş cəmiyyəti monitorinqlərinin aparılmasını təşkil edirik”.

Bu sözləri “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, ölkənin və cəmiyyətin bütün sosial məsələlərinin həllində vətəndaş cəmiyyəti institutu kimi yaxından iştirak edərək, bilavasitə aidiyyatı sahələrdə ön cərgələrdə olaraq, daima bütün heyəti ilə vərəmin təsirindən əziyyət çəkən marginal qrupların, onların ailə üzvlərinin yanındadır: "Müalicənin daha qısa yollarının təbliği əsas istiqamətlərimiz olaraq qalmaqdadır".

Qeyd edək ki, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi 2017-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti nizamnaməsinə əsasən bütün azərbaycanı əhatə edir. Fəaliyyət istiqamətinə əsasən dövlət strukturlarına vərəm və digər infeksion xəsətliklərlə mübarizədə kömək göstərmək, sağlam həyat yönümlü və vərəmdən azad dünya istiqamətli maarifləndirmə işini təbliğ etməkdir.

 

Pərvanə Fərhadqızı