Dekabrın 14-də Sabirabad 1 saylı Mediasiya Təşkilatı ilə Sabirabad Rayon Peşə Liseyi arasında mediasiya sahəsində maarifləndirmə məqsədilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə təşkilatın rəhbəri Musa Ramazanov, mediator Nurağa Güləliyev, təşkilatın əməkdaşları və Peşə liseyinin tələbələri və müəllim heyəti iştirak edib.
Qeyd edək ki, görüş zamanı Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən aktual məsələlər və inkişaf üçün təkliflər edilib, fikir mübadiləsi aparılıb
Pərvanə Fərhadqızı












