Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Mediasiya Şurasının rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
QHT.az xəbər verir ki, ziyarət zamanı Ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyularaq, xatirəsi hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, ziyarət zamanı, Mediasiya Şurasının rəhbərliyi Ulu öndərin məzarının ətrafında toplanıb və onun yaşadığı dövrlərdəki əhəmiyyətli anılara və nailiyyətlərinə dair hisslərini paylaşıb. Qeyd olunub ki, ümummilli lider Azərbaycan tarixində müstəsna bir sima olmaqla yanaşı, ölkənin inkişafına nail olan bir liderdir.
Pərvanə Fərhadqızı












