İndoneziyanın Cənubi Cakarta Dairə Məhkəməsi bu ölkənin keçmiş daxili işlər naziri Ferdi Samba barəsində ölüm hökmü çıxarıb.

QHT.az Lent.az-a istinadən  xəbər verir ki, o, keçmiş köməkçisi Yosua Xutabaratın qətlində ittiham olunub.

Samba günahını etiraf edib və bir neçə dəfə məhkəmədən cəzasının azaldılmasını xahiş edib. Amma məhkəmə hökmü qüvvədə saxlayıb.