Bakıda maşrut avtobusunun sürücüsü qəza törədib.
QHT.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.
202 saylı maşrut avtobusunun sürücüsü xuliqanlıq zəminində idarə etdiyi avtobusla qarşısında hərəkət edən "Toyota" markalı 99-ZY-185 dövlət nömrə nişanlı avtomobili vurub.
Marşrut sürücüsü bununla kifayətlənməyib. O, daha sonra avtobusdan düşərək minik avtomobilinin sürücüsü Anar Tağıyevi küçənin ortasında döyüb.
Faktla bağlı Binəqədi rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Lent.az












