“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Ağcabədi rayonunda uğurla davam etdirir.
13.03.2023-cü il tarixində Ağcabədi rayonunda Taynaq kənd orta məktəbində layihə çərçivəsində “Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbiri giriş sözü ilə layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra bildirdi ki, “Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi ərazilərdə qalmaqdadır. Biz bu problemin azaldılmasına töhfə vermək istəyirik. Bununla bağlı bir sıra tədbirlər həyata keçirəcəyik”
Ekspertlər erkən nigahın fəsadlarından ətraflı danışdılar.Bildirdilər ki, “yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd etdilər. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı .
Sonda müzakirələr oldu. Məktəbin direktoru və müəllimlər Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdi.
İştirakçılar hamılıqla erkən nigaha yox dedilər.
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İB-nin mətbuat xidməti












