15 iyul 2022-ci il tarixində Lənkəran şəhərində müxtəlif regionlardan olan QHT-lər üçün “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilib.
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib.
MG Consulting MMC-nin direktoru Məhəmməd Quluzadə öz təqdimatında QHT-lərin çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair öhdəlikləri, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri, eyni zamanda daxili nəzarət mexanizminin yaradılmasına dair ətraflı məlumatları iştirakçılara çatdırmışdır.
Ümumilikdə təlim zamanı respublikanın 12 rayonunda olan 21 QHT nümayəndəsi iştirak etmişdir. Sonda iştirakçıların sualları cavablandırılmış və sertifikatlar təqdim olunmuşdur.












