QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond (Global Fund) və Yaşıl İqlim Fondu (Green Climate Fund) iqlim və səhiyyə proqramlarının birgə maliyyələşdirilməsi imkanlarını araşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, əməkdaşlıq hələ ilkin mərhələdədir. Təsdiqlənərsə, bu, hər iki qurumun ilk dəfə birgə proqramları maliyyələşdirməsi olacaq və iqlim dəyişikliyindən daha çox təsirlənən ölkələrdə uyğunlaşma layihələrinə yeni maliyyə modeli yaradacaq.

Layihə üzrə təkliflərin hazırlanmasına Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) rəhbərlik edir. Pekin Universitetinin Planetar Sağlamlıq Oxu Sistemi isə süni intellekt alətləri vasitəsilə məlumatların təhlili və müdaxilələrin planlaşdırılmasına dəstək verəcək.