Beynəlxalq səhiyyə və humanitar təşkilatlar dünyada uşaqlar arasında peyvəndlənmə səviyyəsinin artdığını, lakin milyonlarla uşağın hələ də əsas immunizasiya xidmətlərindən kənarda qaldığını bildiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, məlumatda qeyd olunur ki, son illərdə bir sıra ölkələrdə immunizasiya göstəricilərində irəliləyiş əldə edilsə də, münaqişələr, humanitar böhranlar və səhiyyə xidmətlərinə çıxışdakı problemlər səbəbindən çox sayda uşaq vacib peyvəndləri ala bilmir.
Beynəlxalq təşkilatlar hökumətləri və qeyri-hökumət təşkilatlarını peyvənd proqramlarına investisiyaları artırmağa, ucqar bölgələrdə yaşayan uşaqların səhiyyə xidmətlərinə çıxışını genişləndirməyə çağırıblar. Bunun həm uşaq ölümlərinin azalmasına, həm də yoluxucu xəstəliklərin qarşısının alınmasına mühüm töhfə verəcəyi vurğulanıb.






