Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Azərbaycanın orta güc statusu və Cənubi Qafqazda yeni geosiyasi reallıq: Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili” mövzusunda ekspert müzakirəsi keçirilib.
Müzakirədə çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycanın orta gücə çevrilməsini şərtləndirən əsas amillərdən danışıb.
O, bu statusun formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət strategiyasının əhəmiyyətini, dövlət başçısı diplomatiyasının rolunu, eləcə də müasir beynəlxalq münasibətlər sistemində “yumşaq güc” amilinin təsirlərini diqqətə çatdırıb.
Rizvan Nəbiyev məzmunlu müzakirələrin təşkilinə və dəvətə görə Bakı Politoloqlar Klubunun rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.






