ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) icraçı direktoru Ben Blek Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında agentliyin fəaliyyəti, etik qaydalar və şəffaflıq məsələləri ilə bağlı sualları cavablandırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, demokrat konqresmenlər DFC-nin gələcəkdə Donald Trampın ailəsi və ya administrasiya ilə əlaqəli şəxslərə fayda verə biləcək layihələri maliyyələşdirib-maliyyələşdirməyəcəyi ilə bağlı sərt suallar ünvanlayıblar.
Komitənin aparıcı demokrat üzvü Qreq Miks bildirib ki, DFC və digər ABŞ inkişaf qurumlarının ayırdığı vəsaitlər korrupsiyaya qarşı ciddi nəzarət altında olmalı, prezidentin ailəsi və hökumət rəsmilərinin bu vəsaitlərdən şəxsi mənfəət əldə etməsinə imkan verilməməlidir.
Ben Blek isə agentliyin fəaliyyətinin qanunvericiliyə və etik prinsiplərə uyğun həyata keçirildiyini vurğulayıb.






