"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Karimli Group" MMC-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

QHT.az xəbər verir ki, onlar Ucar və Kürdəmir rayonlarında yaşayan qəhrəman Vətən müharibəsi şəhidləri-leytenant Elnur Vəliyev, gizir Vüqar Ələkbərov, gizir Zahir Mehdiyev, kiçik gizir Kərim Əliyev, əsgər Ağayusif Əliyev və əsgər Şahı Məmmədlinin, həmçinin 23 saatlıq antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan baş əsgər Allahverdi Səfiyev və gizir Hüseyn Mustafayevin ailələrini ziyarət ediblər.