Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Murad Mahmud oğlu Hüseynzadə 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnib. Murad Hüseynzadə 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığə uğrunda gedən döyüşlərə qatılıb və 11 noyabr tarixində qəhrəmancasına şəhid olub.
Murad Hüseynzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










