2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi müddəti dünən başa çatdı. Prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i saat 18:00-dək olan dövrü əhatə edib.
Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a seçki ilə bağlı açıqlama verib: “Biz artıq azad və bütov Azərbaycan olduğumuz üçün və eyni zamanda bu dəfəki seçkilərin azad olunmuş torpaqlarda da keçirilməsi çox qürurvericidir. Artıq şərhə ehtiyac yoxdur. Bizim yalnız bir seçimimiz ola bilər. O da cənab prezident, Ali Baş Komandan və tarixdə 30 il ərzində işğal altında olan torpaqları 44 gün ərzində öz siyasəti və rəşadətli ordumuz tərəfindən azad edən yeganə sərkərdə İlham Əliyevdir”.
Pərvanə Fərhadqızı










