Dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri Naibə Behudova QHT.az- a bildirib ki, QHT olaraq seçkidə ali baş komandanımızın təbliğat kompaniyasında yaxından iştirak edəcək, ictimai birliyin üzvləridə yekdilliklə Azərbaycan xalqının əvəzolunmaz lideri, Ali baş Komandan İlham Əliyevin xarici və daxili siyasətini yekdilliklə dəstəkləyir: “Bu seçkidə hər birimiz məmnuniyyətlə, xalqımızın sevimlisi, Qalib Ordumuzun Qalib Sərkərdəsinə, Ali Baş Komandanımıza, İlham Əliyevə yekdilliklə səs verəcəyik. Çünki Azərbaycan xalqının parlaq gələcəyi yalnız əmin əllərdə, əvəzolunmaz Liderimizlə, İlham Əliyevlə birlikdə olmalıdır. Yaşasın Azərbaycanın Rəşadətli Ali Baş Komandanı”.
Pərvanə Fərhadqızı










