Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub.

QHT.az xəbər verir ki, Vadim Qocayev Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Vadim Qocayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!