Oktyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşletme fakültəsində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin dəvəti ilə Türkiyə Katılım Bankları Birliyinin danışma kurulu yöneticisi Dr.Ali Öztürkün "Türkiyede Katılım Bankacılığı" mövzusunda seminar keçirilib.
QHT.az xəbər veiri ki, seminar giriş sözü ilə UNEC TUDİFAK dekanı prof.dr. Mehmet Yüce açaraq müasir dövrdə İslam Bankçılığının əhəmiyyəti barəsində iştirakçıları məlumatlandırıb. Tədbirdə 30-a yaxın müəllim və tələbə kollektivi iştirak edib.
Sonra Türkiyədən dəvət olunan Türkiyə Katılım Bankaları Birliyinin eksperti Ali Öztürk geniş çıxış edib.
Pərvanə Fərhadqızı












