Bu il oktyabr ayının 23-də saat 14.00- Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Güləmail Muradın "Sən Azərbaycansan" kitabının təqdimat mərasimi keçiriləcək.

Birlikdən QHT.az-a verilən məlumata görə, kitab Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Maraqlananlar dəvətlidir.

Məlumat üçün bildirək ki, Güləmail Murad ədəbi ictimayyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”,, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun”,”Balaca müdrik”,”Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”,”Bir damla yaş”, ”Ruhumun qanadları”, “Qaydış”, ”Aprel döyüşləri”, ”Qəhrəmanlıq yüksəkliyi”, ”Aprel döyüşləri-trilogiya”, ”Yaddaşlardan gələn səslər”, ”Günnüt zəfəri”, ”Canını vətənə sərhəd elədi...”, ”Zəka çırağı”, ”Mən bulud gözlü, sən yağış-hayku və vakalar”, “Döyüş yolları” və “Akula ləqəbli kəşfiyyatçı” kimi şeir, hekayə və esse kitablarının müəllifidir.

 

Pərvanə Fərhadqızı