“Təhsil İslahatları və İnnovasiyalar Mərkəzi” İctimai Birliyi “Şagirdlərin peşə təhsilinə həvəsləndirilməsi” layihəsi çərçivəsində Şirvan şəhərində silsilə təlimlər təşkil edib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təlimlərə şəhərin 10, 16, 18, 21 20 nömrəli tam orta məktəblərindən ümumilikdə 300 şagird cəlb edilib. “Peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda keçirilən təlimlərdə müasir dünyada peşə təhsilinin üstünlüyü və əhəmiyyəti, peşə təhsilinin növləri, müraciət qaydaları, Şirvan şəhərində və ona yaxın ərazilərdə olan peşə məktəbləri, o cümlədən bu məktəblərdəki ixtisaslar haqqında ətraflı məlumat verilib və şagirdlərin sualları cavablandırılıb.

Təlim iştirakçılarına layihə çərçivəsində hazırlanmış “Peşə təhsili üzrə Bələdçi” təqdim edilib.

 

Pərvanə Fərhadqızı