"Vaxtın düzgün idarə olunması - Time Management" adlı bu dəfəki təlim S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında Uşaq Səfirlər - Aşurbəy Məmmədzadə və Ayan Əhmədova tərəfindən keçiləcəkdir.

QHT.az xəbər verir ki, "Vaxtımı necə bölməliyəm?", "Nə üçün heç bir işi vaxtında çatdırmıram?!" , "İnkişafıma vaxt ayıra bilirəmmi?" kimi sualların cavabını bu təlimdə daha yaxşı və ən əsası uşaqdan-uşağa şəklində birlikdə öyrəniləcək.

Qeyd edək ki, təlim S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasının şagirdləri üçün təşkil edilir. Ancaq növbəti təlim digər məktəblərdə təşkil olunacaq.

 

Pərvanə Fərhadqızı