"Bu gün Qeyri-akademik transkript layihəsini işəgötürənlərin, o cümlədən müvafiq nazirliklərin - İqtisadiyyat, Maliyyə, Elm və təhsil, Əmək və əhalinin sosial müdafiəsi, Ekologiya və təbii sərvətlər, Gənclər və İdman nazirlikləri, KOBİA, Dövlət Məşğulluq Agentliyi, iri dövlət müəssisələrinin - SOCAR, bp Azərbaycan, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dəmir Yolları, özəl müəssisələrin -Paşa Holding, BSG, Kapital Bank, ABB, Rabitə Bank, Azerlotereya, Veysəloğlu Qrup, McDonald's Azərbaycan, Deloitte and Touch, EY Azərbaycan, Azersell telekom və ATİB, ASK, AMCHAM və AİRA nümayəndələri ilə müzakirə etdik".
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Iqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. O, qeyd edib ki, universitet məzunlarının bacarıqlarını əks etdirən qeyri-akademik transkript layihəsinin təkmilləşdirilməsi üçün işəgötürənlərin dəyərli fikirlərini dinlədik, faydalı müzakirə apardıq: "İş dünyası və universitetlərin qarşılıqlı əməkdaşlığının formalaşdırılması məqsədinə daha da yaxınlaşmaq istiqamətində növbəti uğurlu addım atmış olduq. Müzakirədə iştirak edənlərin hər birinə təşəkkür edirəm".
Pərvanə Fərhadqızı












