Azərbaycandan seçilmiş 22 vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsinin və sosial sahibkarın qoşulduğu 6 həftəlik onlayn proqramda iştirakçılar kraudfandinq layihələrində maliyyə və resursların idarə olunmasını öyrənib, habelə ümumi ekosistem haqda bilik və bacarıqlarını artırıblar.

QHT.az xəbər verir ki, proqramı müvəffəqiyyətlə tamamlayan təşkilatlar Bakıda keçirilən ikigünlük təlimə qoşulub və sertifikatla təltif edilib. Təşkilatların layihələri sırasında əlilliyi olan şəxslərin peşə bacarıqlarının gücləndirilməsi, regionlarda qadınların məşğulluğunun artırılmasına dəstək, eləcə də ətraf mühit və təhsil təşəbbüsləri, həmçinin innovativ texnoloji məhsulların hazırlanması yer alır. Prosesin davamı olaraq təşkilatlar öz layihələrinə ianə toplamaq üçün kampaniyalarını tərtib edəcəklər.

Qeyd edək ki, Akademiya BMT-nin İnkişaf Proqramı, İslam İnkişaf Bankı və İnkişaf üçün İslam Həmrəylik Fondunun birgə təşəbbüsü olan Tadamon proqramı çərçivəsində həyata keçirilib.

 

Pərvanə Fərhadqızı