"Aprel ayından bu günə kimi artıq sentyabrın astanasındayıq hələ də Nazirlər Kabineti bu Agentliyin sənədləri təsdiqlənmək bilmir ki, Müşahidə Şurası da elanını versin. " - Bu fikirləri öz facebook səhifəsində tanınmış QHT sədri Vüsalə Hüseynli paylaşıb. QHT.az həmin paylaşımı təqdim edir.
"Artıq bir ildən çoxdur ki əksər QHT-lərin ümid yeri olan QHT Şurası pandemiya üzündən qht-lər üçün müsabiqə elan etmədi. Doğrudur, əsas kimi Şuranın Agentliyə çevrilməsi göstərildi və yeni qurumun hüquqi sənədləşməsi, filan deyərək vaxtın uzanması bununla əlaqələndirdi.
Qeyd edim ki Vətəndaş Cəmiyyəti və Media islahatları çərçivəsində kurasiya öncə Anar müəllimə, sonra isə cənab prezidentin göstərişinə əsasən Hikmət müəllimə tapşırıldı. Hər iki şəxsin kurasiyasında olduğumuza sevinmişəm. Çünki hər ikisi yeni dünya düzənini yetərinə bilən, insanlara münasibəti yetərincə normal insanlardır.
Yəni məsələnin burasına kimi problem yoxdur, əksinə hamımız da bu qərarları alqışlamışıq.
Ancaq 2014-dən hərəkəti iflic olan VC institutlarının fəaliyyəti yaxşılaşmaqdansa daha da pis vəziyyətə qalıb. Axı QHT-də təmsil olunan insanlar hamısı hardasada işləmir. Və bir çox insanlardan fərqli olaraq QHT insanların birinci iş yeridir və yanında neçə ailə öz evinə çörək aparır. Aprel ayından bu günə kimi artıq sentyabrın astanasındayıq hələ də NK bu Agentliyin sənədləri təsdiqlənmək bilmir ki, MŞ da elanını versin.
Yəni qısası, ən yaxşı variant qanunvericiliyə edilən dəyişiklik olardı və Azərbaycan dövlətinin beynəlxalq təşkilatlara keçirdiyi maliyyənin bir hissəsi qht-nin əli ilə xarici qrantlarla ölkəyə qayıdardı. Azərbayan QHT-lərinin payı Gürcüstan və Ermənistan qht-lərinə getməzdi. QHT-lər Qarabağda yenidənqurma işlərində dövlətlə çiyin-çiyinə işləyərdi. Agentlikdə işlərini qaydasına qoyub qht-lərlə birgə işini qurardı. Təbii VC-də islahatlardan keçərdi güclü təsisat ortaya çıxardı.
Təəssüf ki hələ gözləyirik....."












