Ən yaxşı halda bu ilin sonunda qrant müsabiqəsi elan edə bilərik və gələn ilin əvvəlindən layihələrin icrasına başlanıla bilər" - Bu fikirləri RUPOR.az-a QHT-lərə Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib.

 

"Agentliyin Müşahidə Şurası bütün sənədləri hazırlayıb və təqdim edib. Burada Maliyyə Nazirliyinin üzərinə düşən bir sıra məsələlər var. Ancaq problemi "bütün sənədlər hazırdır, Maliyyə Nazirliyi niyə qərar vermir" şəklində də qoymaq da dügün deyil. Sənədlər bir çox qurumların rəyi nəzərə alınmaqla təqdiqlənməlidir. Cənab Prezidentin fərmanında da müddət göstərilib. Düzdür həmin müddət sona çatıb. 

Digər problem ondan ibarətdir ki, hələ də Agentliyin kadrları təyin olunmayıb. Belə olan təqdirdə layihələrə kim nəzarət edəcək? Bu mənada hələ görülməmiş işlər var, biz QHT rəhbərləri ilə ZOOM görüşlərdə də gerçəyliyi onların diqqətinə çatdırırıq. Ən yaxşı halda bu ilin sonunda qrant müsabiqəsi elan edə biləcəyik və gələn ilin əvvəlindən layihələrin icrasına başlanıla bilər. "