“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bayram günlərində qəhrəman Vətən müharibəsi şəhidləri mayor Toğrul Bərxudarov, kapitan Anar Heydərov və gizir Qəzənfər Mütəllimovun, həmçinin 23 saatlıq antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun ailələrini ziyarət edib.

QHT.az xəbər verir ki, ailələrin problemlərini dinləyən Sevinc Orucova hər zaman onların yanında olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 03.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində şəhid olub. 2-ci motoatıcı bölük Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Qəzənfər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Pərvanə Fərhadqızı