"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin rəhbəri Fikrət Cəfərli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri cənab Fergus Ouldu ilə görüşüb.

Bu barədə QHT.az-a təşkilat sədri məlumat verib.

"Bu gün 06.02.2023-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri cənab Fergus Ouldunun dəvəti ilə onun rezidensiyasında təşkil edilən görüşdə iştirak etdim. Görüş çox səmərəli, əhatəli keçdi və demək olar ki, bütün sahələr müzakirə olundu. 
Dəvət üçün səfir cənab Fergus Oulda təşəkkür edirəm."