Hollandiya hökuməti əsgərlərinə Əfqanıstanın Uruzqan əyalətində xidmət edərkən Talibana qarşı əməliyyatda həlak olan mülki şəxslərin yaxınlarına təzminat ödəməyi əmr edən məhkəmə qərarından apellyasiya şikayəti verməyəcəyini açıqlayıb.

QHT.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada 17 iyun 2007-ci ildə Uruzqan vilayətinin Çora bölgəsində həyata keçirilən əməliyyatda həlak olan mülki şəxslərin yaxınlarına təzminat verilməsinə dair qərara etiraz edilməyəcəyi bildirilib.

Bəyanatda müdafiə naziri Kajsa Ollonqrenin də qiymətləndirmələri yer alıb.

Şikayət etməmə qərarının "mürəkkəb və diqqətli" qiymətləndirmə prosesi nəticəsində verildiyini bildirən Ollongren, “Çora əməliyyatı bir çox əsgərdə dərin yaralar buraxdı” - deyə açıqlayıb.

Qərarın yekunlaşması ilə prosesin tamamlanmasını istədiklərini bildirən Ollongren, "Çora əməliyyatı Taliban qüvvələrini bölgədən çıxarmaq və mülki insanları qorumaq üçün təşkil edildi. Əməliyyatda bir əsgərimiz şəhid oldu" - deyə bildirib.

Məhkəmə Hollandiya hökumətini məsuliyyətli hesab edir

Hollandiyadakı yerli məhkəmə 23 noyabr 2022-ci il tarixli qərarında Çora bölgəsində holland əsgərləri tərəfindən F-16-larla bombalanan və mülki vətəndaşların ölümünə səbəb olan əfqan iqamətgahının səhvən hərbi hədəf olaraq təyin edildiyini, və buna görə Hollandiya hökumətini məsuliyyətə cəlb etdi.

Hollandiya hökuməti sözügedən binanın əməliyyatdan qısa müddət əvvələ qədər Taliban tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini və mülki şəxslərə qarşı bombalı hücumun beynəlxalq humanitar hüquqa uyğun olduğunu iddia etsə də; Məhkəmə hökumətdən əməliyyat zamanı həlak olan mülki şəxslərin yaxınlarına təzminat ödəməsini istəyib.

Məhkəmə ölən mülki şəxslərin dörd qohumunun qaldırdığı iş üzrə qərarında qeyd edib ki, 17 iyun 2007-ci ildə holland əsgərləri beynəlxalq humanitar hüququ pozaraq hərəkət ediblər.

Üç gün davam edən əməliyyatlar zamanı təxminən 250 əfqanın həyatını itirdiyi, bombardmanda isə 50-80 mülki şəxsin həlak olduğu düşünülür.