“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Müəllimlər Günü tədbirində iştirak edib.
QHT.az xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev 5 oktyabr – Müəllimlər Günü münasibətilə təşkil edilən tədbirdə iştirak edib. Tədbir YAP Səbail Rayon Təşkilatının təşkilatçılığı ilə keçirilib. Ramil Əliyev dəvət üçün YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyeva öz təşəkkürünü bildirib:
“Müəllim yalnız dərs öyrətmir, həm də həyatı öyrədir” – deyə o qeyd edib.
Tədbirdə müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında mühüm rolu xüsusi vurğulanıb. Tədbirdə Səbail rayonunda yerləşən məktəb direktorları, müəllimlər, şəhid ailələri iştirak edib.
Pərvanə Fərhadqızı












