Beynəlxalq Sosial İşçilər Federasiyası (IFSW) BMT-nin Cenevrə ofisində vətəndaş cəmiyyətinin insan hüquqları sistemində iştirakının gücləndirilməsi ilə bağlı görüş keçirildiyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, görüşdə insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlıq, məlumat mübadiləsi və insan hüquqları pozuntularına diqqətin artırılması məsələləri müzakirə olunub. Təşkilatın məlumatına görə, BMT yanında QHT-lər Komitəsi uzun illərdir insan hüquqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti qurumları üçün dialoq platforması rolunu oynayır