İyunun 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

QHT.az xəbər verir ki, iclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarla bağlı vəziyyət müzakirə edilib, bu sahədə problemin öyrənilməsi və tövsiyyələrin hazırlanması üzrə işçi qrup formalaşdırılıb. 

Həmçinin iclasda digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib