Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək birgə yığıncaq bağlı dəyişiklik edib.

İctimaishura.az xəbər verir ki, bundan öncəki qaydaya görə birgə yığıncağın  2021-ci il iyun  ayının 3-də, saat 9:00-da keçirilməsi nəzərdə tutulurdu.

Edilən dəyişikliyə görə, İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı birgə yığıncaq 2021-ci il iyun  ayının 3-də, saat 9:00-dan 16:00-dək Bakı şəhəri, Azadlıq prospekti, ev 161 ünvanında (Nazirliyin inzibati binasında) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər və tələblər nəzərə alınmaqla keçiriləcəkdir.

Qeyd edək ki, səsvermədə iştirak edəcək VCİ nümayəndələrinin sənəd qəbulu davam edir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya 15 (on beş) üzvün seçilməsi ilə bağlı keçiriləcək birgə yığıncaqda təmsilçilərinin iştirakı məqsədilə vətəndaş cəmiyyəti institutlarının 2021-ci il may ayının 25-dək Seçki Komissiyasına müraciət etmələri xahiş olunur.

Müraciət yazılı formada [email protected] e-poçt ünvanına göndərilməli və özündə 1(bir) təmsilçi barədə aşağıdakı məlumatları əks etdirməlidir:

  • təmsilçinin adı, soyadı, atasının adı;
  • təvəllüdü;
  • yaşayış ünvanı;
  • təmsilçi ilə əlaqə telefonunun nömrəsi.

Yığıncaqda iştirak edən təmsilçilərin şəxsiyyət vəsiqələrinin üzərində olması vacibdir.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə (012) 590-92-28 və ya (012) 590-91-03 nömrəli telefonlarla əlaqə saxlanıla bilər.