“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyin kolektivi ilə bərabər Saatlı, İmişli və Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə şəhid ailələrini ziyarət ediblər.
Görüş zamanı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan rayon şəhidlərinin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb. Şəhid ailələri onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər












