Qərbi azərbaycanlıların öz yurdlarından məcburi şəkildə çıxarılması prosessi XX əsrin müxtəlif dövrlərində sistemli şəkildə ermıənilər tərəfindən həyata keçirilib. Bununla bağlı Ermənistanın azərbaycanlılara qarşı cinayətləri barədə saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Bu gün bu proses ölkəmizdə dövlət siyasəti və ümumxalq hərəkatı səviyyəsində davam edir. Bir çox tarixçilər və araşdırmaçılar azərbaycanlıların öz doğma yuvalarından qovulması prosesini üç mərhələyə aid edirlər. Bu prosesin yaratdığı humanitar, hüquqi və sosial nəticələri hazırda da öz aktuallığını saxlayır. Məsələnin əsas mahiyyətinə gəlincə qeyd etmək lazımdır ki, bu gün Qərbi azərbaycanlılar öz doğma torpaqlarına geri qayıtmaq hüququnun tanınmasını və həyata keçirilməsini tələb edirlər. Bu hüquq soydaşlarımızın yalnız humanitar istəyi deyil, həm də beynəlxalq hüquq normaları ilə qorunan fundamental bir hüququdur.
Yuxarıdada qeyd etdiyimiz kimi Qərbi Azərbaycanlıların öz doğma yuvalarından ermənilər tərəfindən çıxarılması üç mərhələdə birinci 1905-1920, 1948-1953 sonuncusu isə 1988-ci ilə təsadüf edir.
Onu da qeyd edək ki, O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın azərbaycanlı kəndli xəritədən tamamilə silinmişdir. Deportasiyalar müəyyən siyasi güclərin etnik-siyasi xəttinin nəticəsi olaraq həyata keçirilmiş və bölgənin demoqrafik tərkibi süni şəkildə dəyişdirilmişdir. Bakı, Gəncə, Dərələyəz, İrəvan və digər bölgələrə kütləvi hücumlar həyata keçirilib. Etnik qrupların hücumuna məruz qalan yerli əhalinin evləri yandırılaraq, özləri məcburi şəkildə qovulublar. Məcburi köçkünə çevrilən azərbaycanlılar zaman-zaman digər regionlarda məskunlaşıblar. Onu da vurğulayaq ki, azərbaycanlıların zaman-zaman öz yurdlarından qovulmasının məqsədi İrəvan quberniyasında azərbaycanlıların demoqrafik üstünlüyünün qırılması və ərazinin etnik xəritəsinin dəyişdirilməsi olub. Bu arzularının reallığa çevrilməsi uğrundan gecə-gündüz fəaliyyətdə olan Hnçak və Daşnaksütyun kimi təşkilatlar bölgədə etnik təmizləmə strategiyası yürüdərək monoehtnik məkan yaratmağı hədəfləyiblər. Bu təşkilatların proqramlarında Zəngəzur, İrəvan, Göyçə kimi ərazilər “erməni milli yurdu” kimi göstərilib və azərbaycanlıların oradan çıxarılması açıq şəkildə təbliğ olunurdu. Ermənilər özləri tərəfindən hazırlanmış plana uyğun olaraq, 1905-ci ildən başlayaraq Bakı, Şuşa, İrəvan və Zəngəzurda azərbaycanlı yaşayış məntəqələrinə hücumlar artıb. İrəvan şəhərinin müsəlman məhəllələri yandırılıb, onlarla kənd dağıdılıb. Bu dövrdə minlərlə azərbaycanlı öz kəndlərini tərk etməyə məcbur edilib. Qərbi Azərbaycan bölgəsində ən çox zərər görən ərazilər, məcburi köçün ilkin cografiyası İrəvanın ətraf kəndləri, Zəngəzur mahalı, Vedibasar və Zəngibasar və Göyçə gölü hövzəsi olub.
Prosses davamlı olaraq birinci dünya müharibəsi dövründə də ardıcıl şəkildə inkişaf etmişdi. Belə ki 1014-1918-ci illərdə müharibələrin yaratdığı qarışıqlıq ermənilərə öz məkirli siyasətlərini inkişaf etdirməyə geniş şərait yaradıb. Onlar yaranmış fürsətdən istifadə edərək, Rusiya ordusunun tərkibində və ya ayrıca olaraq azərbaycanlıların yaşadıqları kəndlərə hücum edir, yüzlərlə kəndləri dağıdaraq, əhalini zorla qovurdular, Yerli əhalinin mal-qarasını qarət edən ermənilər, amansızcasına qocaları, qadınları uşaqları öldürürdülər. 1918-ci il Quba qəzasında reallaşmış azərbaycanlıların 31 mart soyqırımı da məhz həmin dövrə təsadüf edir. Mart qırğınlarının təsiri o dövr üçün tək Bakıda deyil, Qərbi Azərbaycan bölgələrinə də deyil, Gəncə quberniyasından İrəvan quberniyasına qədər geniş ərazilərdə sistemli zorakılıqlar törədilirdi. Ermənilər yaxşı anlayırdılar ki, öz yurdlarından məcburi şəkildə qovduqları azərbaycanlılardan qalma bütün mədəni irsi dəyişdirməlidirlər. Əks halda onlar tərəfindən məqsədli şəkildə həyata keçirilən ərazilərin monoetnikləşdirilməsi, gələcək erməni dövlətinin formalaşması üçün demoqrafik baza yaradılması reallaşmaya bilərdi. Bu baxımdan, yerli azərbaycanlılara qarşı amansız mübarizəyə qoşulmuş hərəkan üzvləri 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə öz planlarının reallaşmasına çalışırdılar. Çünki yerli hakimiyyət yeni qurulan zamanlarda, xüsusilə regionlarda baş verən zorakılıqları tam dayandırmağa qadir deyildi. 1918-ci ildə tarixi zərurətdən doğan faktlara əsasən İrəvanın ermənilərə verilməsi, yerli azərbaycanlılara qarşı təzyiqi azaltmadfı, əksinə daha da alovlandırdı. Minlərlə azərbaycanlı kəndləri xəritədən silindi. Mərkəz İrəvanda daxil olmaqla bu ərazilərdə yaşayan azərbaycanlıların sayı sürətli şəkildə azaldı. İrəvanda azərbaycanlı məhəllələri demək olar ki, tamamilə dağıdıldı, əhalinin əksəriyyəti qaçqın statusuna düşdü. Andrianikin dəstələri Zəngəzur bölgəsinə hücumlar təşkil edərək, kəndlər boşaldılaraq yandırıldı.
Qeyd edək ki, bu dövrdə yalnız Zəngəzurdan 50 minə yaxın azərbaycanlı məcburi şəkildə deportasiyaya məruz qaldı. 100 minlərlə azərbaycanlı öldürüldü və ya diri-diri yandırıldı. 1905–1920-ci illərdə azərbaycanlıların öz doğma yurdlarından çıxarılması planlı və sistemli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu dövr həm Qərbi Azərbaycan tarixinin, həm də bütün regionun geosiyasi taleyini dəyişən əsas mərhələlərdən biri oldu. Deportasiya və qırğınlar nəticəsində bölgənin demoqrafiyası köklü şəkildə dəyişdi və əsrin sonuna qədər davam edən zorakı köçürülmə proseslərinin başlanğıc təməli qoyuldu.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İclahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Beynəlxalq Platformalarda hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.












