Bu gün Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbiri keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir zamanı www.qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) elektron bazasının və "Danışır tarix" filminin təqdimatı baş tutacaq. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Film və sayt, Qərbi Azərbaycana aid tarixi və mədəni abidələrin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.